İran müxalifətinin lideri Mirhüseyn Musəvi qızları ilə görüşüb

İran müxalifətinin lideri Mirhüseyn Musəvi qızları ilə görüşüb
# 22 may 2014 12:48 (UTC +04:00)

APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, bu barədə Nərgiz Musəvi valideynləri ilə görüşdən sonra öz “Facebook” səhifəsində yazıb.

O, anasının sağlıq durumundan ciddi narahat olduğunu bildirib: “Hazırda Mirhüseyn Musəvinin müalicə edilməsinə baxmayaraq, ailəsi bu prosesin sonadək aparılıb-aparılmayacağından narahatdır. Biz ümid edirik ki, bu məsələdə problem yaranmayacaq. Eyni zamanda anamızın fiziki vəziyyətindən ciddi narahatçılığımız var. Bunu da son üç il ərzindəki çətin şəraitin və biganə münasibətin nəticəsi olaraq bilirik”.

Qeyd edək ki, Musəvi aprelin 29-da ürəyindəki narahatlığa görə İran təhlükəsizlik qüvvələrinin nəzarəti altında Tehranın Kardiologiya Xəstəxanasına köçürülüb və ailə üzvlərinin iştirakı olmadan angioqrafiya edilib.

O, aprelin 30-da günorta saatlarında yenidən ev dustaqlığına salınıb, onun qızları ilə görüşünə icazə verilib. Musəvi davamlı başgicəllənmə və aşağı qan təzyiqi simptomlarından əziyyət çəkir. Həkimlər onun xəstəxanada yerləşdirilməsini tələb etsələr də, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi (ETTELAAT) buna icazə vermir. Ancaq İran təhlükəsizlik qüvvələri iki həftəlik fasilədən sonra Musəvinin qəlbindəki nasazlığın aradan qaldırılması üçün müalicəyə başlanmasına imkan yaradıblar.

Musəvi 2012-ci il avqustun 23-də ürək-damar tutulmasından əməliyyat olunub. O, həyat yoldaşı Zəhra Rəhnəvərdə birlikdə dörd ilə yaxındır ev həbsində tutulur. Eyni zamanda İran müxalifətinin digər lideri Mehdi Kərrubi də bu ilin yanvarından etibarən ETTELAAT-ın xüsusi təcridxanasından ev həbsinə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR