Azərbaycan yığması “Novruz kuboku” turnirinə qələbə ilə başlayıb

Azərbaycan yığması “Novruz kuboku” turnirinə qələbə ilə başlayıb
# 17 mart 2014 14:58 (UTC +04:00)

Bakı – APA. Qırğızıstanın paytaxtı Bişkekdə kişi basketbolçular arasında təşkil olunan ənənəvi “Novruz kuboku” turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, 4 komandanın iştirakı ilə keçirilən yarışın açılış matçında Azərbaycan millisi Qazaxıstan təmsilçisi MOİK-lə qarşılaşıb.

Yığmamız qarşılaşmada 86:61 hesabı ilə qalib gəlib. İlk turun bu axşam keçiriləcək digər matçında isə yerli “Bişkek-Dinamo” ilə Özbəkistan millisi qarşılaşacaq.

Qeyd edək ki, yığmamız sabah özbəkistanlı basketbolçuları sınağa çəkəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR