Gəncədə oyuncaq tapança ilə mağaza soyan şəxs saxlanılıb

Gəncədə oyuncaq tapança ilə mağaza soyan şəxs saxlanılıb
# 11 mart 2014 10:01 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə oyuncaq tapança ilə mağazaya basqın edilib.

Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə martın 9-da Gəncə şəhərindəki Atatürk prospektində yerləşən mağazalardan birində baş verib. Naməlum şəxs mağazada satıcı işləyən Ulduz Rəhimovanı oyuncaq tapança ilə hədələyərək 350 manat pulu aparıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Samux rayon sakini Yadigar Eyvazov saxlanılıb və ondan quldurluqda istifadə etdiyi oyuncaq tapança götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR