Metropolitendə Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında metronun “Koroğlu” stansiyasında qeydə alınıb. 14 yaşlı orta məktəb şagirdi Fidan Arif qızı Rzaxanova qatar relsinin üzərinə yıxılıb. Hadisə yerində olan sərnişinlərin səyi nəticəsində F. Rzaxanova təcilli olaraq xəstəxanaya aparılıb.
3 saylı şəhər Klinik Xəstəxanasından APA-ya bildirilib ki, travma ilə xəstəxanaya daxil olan F. Rzaxanovanın vəziyyəti stabildir.