Polşanın sabiq maliyyə naziri Qjeqoj Vitold: «Azərbaycan iqtisadiyyatını inkişaf etdirmək üçün kiçik şirkətlərə xüsusi diqqət yetirilməlidir» - FOTO

Polşanın sabiq maliyyə naziri Qjeqoj Vitold: «Azərbaycan iqtisadiyyatını inkişaf etdirmək üçün kiçik şirkətlərə xüsusi diqqət yetirilməlidir» - <span style="color: red;">FOTO
# 12 mart 2014 07:11 (UTC +04:00)

Ölkənin həm idxalı, həm də ixracı şaxələndirilməlidir və bu işdə kiçik şirkətlərə xüsusi diqqət yetirilməlidir. «APA-Economics»in məlumatına görə, bunu bu gün Bakıda keçirilən Azərbaycan İnvestisiya Sammitində çıxışı zamanı Polşanın sabiq maliyyə naziri Qjeqoj Vitold Kolodko (Grzegorz Witold Kołodko) bildirib.


Onun sözlərinə görə, dünya təcrübəsinə əsasən, Azərbaycan kimi ölkələrin iqtisadiyyatının inkişafı üçün məhz bu istiqamət daha səmərəli hesab olunur: «Burada əsas mesaj ondan ibarətdir ki, gələcəkdə iqtisadiyyatın inkişafı üçün innovasiya, marketinq, korporativ idarəetmə və s. bu kimi sahələrə xüsusi önəm verilməlidir. Eyni zamanda bu strategiyada kiçik şirkətlərin rolunu unutmamaq lazımdır. Çünki onların da öz strategiyaları var və onlar dövlətə böyük gəlir gətirəcəklər».


Q.Kolodko əlavə edib ki, istər Azərbaycan, Polşa, ABŞ, istərsə də Çin iqtisadiyyatında əsas yerlərdən birini də elmi institutlar tutur: «Bu, oyunun qaydalarıdır və biz inklyuziv iqtisadi inkişafa nail olmalıyıq. Çünki inkişaf bundan asılıdır. Həmçinin, korrupsiya ilə birgə mübarizə aparmalıyıq».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR