Ötən il Azərbaycanda 3 əməkdaş prokurorluq orqanlarından xaric olunub

Ötən il Azərbaycanda 3 əməkdaş prokurorluq orqanlarından xaric olunub
# 07 fevral 2014 14:33 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Azərbaycanın baş prokuroru Zakir Qaralov bu gün keçirdiyi geniş kollegiya iclasında bildirib. O qeyd edib ki, prokurorluq orqanlarında ciddi tələbkarlıq şəraitinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq, 2013-cü ildə icra və əmək intizamının pozuntusuna, işində və xidmətdən kənar fəaliyyətində kobud qanunsuzluqlara yol verdiklərinə görə 49 əməkdaş intizam məsuliyyətinə cəlb edilməklə, 32 nəfərə şiddətli töhmət və töhmət elan olunub, 3 əməkdaş tutduğu vəzifələrdən azad edilib.

Baş Prokurorluğun Təşkilat-analitik və Kadrlar idarələri, habelə Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının müvafiq qurumları, habelə bütün strukturların rəhbərləri və tabe prokurorlardan, bundan sonra da bütün neqativ təzahürlərə qarşı barışmaz mübarizə xəttinin qətiyyətlə davam etdirilməsi, xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi məsələlərində prinsipiallığın daha da artırılması tələb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR