Azərbaycan yeni telekommunikasiya peykinin texniki-iqtisadi əsaslandırmasını hazırlamağa başlayır

Azərbaycan yeni telekommunikasiya peykinin texniki-iqtisadi əsaslandırmasını hazırlamağa başlayır
# 18 fevral 2014 09:54 (UTC +04:00)

Bu məqsədlə ABŞ-ın Ticarət və İnkişaf Agentliyi (USTDA) «Azərkosmos» ASC-yə qrant ayırıb. Bunu «APA-Economics»ə «Azərkosmos» ASC-nin ictimaiyyətlə əlaqələr üzrə meneceri Kamran Əliyev bildirib.

Məlumata görə, texniki-iqtisadi əsaslandırmanı hazırlayacaq şirkət olaraq ABŞ-ın «Global Recourses Inc.» seçilib. Sözügedən tədqiqat «Azerspace-2» telekommunikasiya peykinin istehsalının texniki, iqtisadi və maliyyə imkanları, orbitə çıxarılması və orbitdə istismarı, eləcə də layihənin maliyyələşməsi və digər aspektləri əhatə edəcək.

Qeyd edək ki, məbləği yarım milyon dollardan artıq olan qrant müqaviləsi çərçivəsində görüləcək işlərin bu ilin iyul ayınadək başa çatması gözlənilir.

«Azerspace-2» telekommunikasiya peykinin 2017-ci ildə orbitə buraxılması planlaşdırılır. İkinci telekommunikasiya peyk layihəsi də kommersiya xarakterli olacaq. Peyk rəqəmsal TV xidmətlərinin təqdim edilməsi, məlumatların ötürülməsi, multiservis şəbəkələrinin yaradılması və s. üçün nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR