Qriqori Karasin: “Tiraspolda baş konsulluğumuzun açılması məsələsinin həlli Rusiya üçün prioritet olaraq qalır”

Qriqori Karasin: “Tiraspolda baş konsulluğumuzun açılması məsələsinin həlli Rusiya üçün prioritet olaraq qalır”
# 12 fevral 2014 14:15 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. “180 min vətəndaşımızın yaşadığı Tiraspolda Rusiya Federasiyası baş konsulluğunun açılması məsələsinin həlli Rusiya üçün Dnestryanı istiqamət üzrə prioritet iş olaraq qalır”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin bildirib.

Onun sözlərinə görə, bu mövzu uzun müddətdir ki, Rusiya tərəfindən Kişinyovda bütün səviyyələrdə qaldırılıb: “Təəssüflər olsun ki, başa düşülməyən beynəlxalq hüquq nöqteyi-nəzər məntiqi olan tərəfdaşlarımız hələ ki, buna razılıq vermirlər. Bu şərtlərdə Rusiya Xarici İşlər Nazirliyi bütün diqqətini Dnestrin sahilində yaşayan Rusiya vətəndaşlarına konsulluq xidmətinin keyfiyyətinin yüksəldilməsinə yönəldib”.

Rusiya XİN başçısının müavini Dnestryanı parlamenti tərəfindən Rusiya federal qanunvericiliyinin tətbiq olunması haqqında qanunun qəbul olunmasını da şərh edib: “Əgər moldovanlar hesab edirsə ki, bu məsələ izahat tələb edir, onda onlar bu məsələni bir başa Dnestryanı sakinləri ilə müzakirə edə bilərlər. Bir daha qeyd etmək istəyirəm ki, yalnız konflikt tərəfləri ilə dialoq Dnestryanı probleminin ədalətli tənzimlənməsinə real əsas yarada bilər. Biz buna dəstək olmağa hazırıq. Lakin bu, Kişinyov və Tiraspolu effektiv həll yollarının axtarışına görə məsuliyyətdən azad etmir”.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR