Azərbaycan Diplomatik Akademiyasında buraxılış mərasimi keçirilib - FOTOSESSİYA

Azərbaycan Diplomatik Akademiyasında buraxılış mərasimi keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 17 may 2013 16:59 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Azərbaycan Diplomatik Akademiyasında MADİA proqramı (Master Administration in Diplomacy and International Affairs) üzrə təhsilini bitirən tələbələrin buraxılış mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə xarici ölkələrin səfirləri, Azərbaycan dövlət strukturların və ADA-nın təmsilçiləri, tələbələrin qohumları iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan təhsil naziri Mikayıl Cabbarov ADA-da təshil almağın vacibliyini vurğulayıb: “Düşünürəm ki, siz Akademiyanın adında olan “diplomatik” sözünün vacibliyini anlayırsınız. Bu, sadəcə Vyana Konvensiyasının imzalanma tarixini yadda saxlamaq demək deyil”.

Daha sonra çıxış edən ADA-nın rektoru Hafiz Paşayev bildirib ki, 2012-ci ilin sentyabrında ADA-nın yeni təhsil mərkəzin açılışı olub: “Bu, ölkə hökumətin təhsilə verdiyi önəmin göstəricisidir. Bizim tələbələr dünyanın müxtəlif yerlərdə yüksək vəzifələrdə işləyirlər. Biz təkcə 28 tələbənin buraxılış mərasimini keçirmirik, həm də 28 lider, məsuliyyətli vətəndaş buraxırıq”.

Sonda tələbələrə diplomlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR