Azərbaycan daha iki ölkə ilə “STEFI” sistemi ilə elektron pul köçürmələrini həyata keçirəcək

Azərbaycan daha iki ölkə ilə “STEFI” sistemi ilə elektron pul köçürmələrini həyata keçirəcək
# 24 iyun 2014 11:27 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanın milli poçt operatoru “Azərpoçt” MMC bu il ərzində daha iki ölkənin poçt operatorları ilə "Secured Transfer of Electronic Financial Information (STEFI)" sistemi üzərindən elektron pul baratlarının mübadiləsinə başlamaq niyyətindədir.

“Azərpoçt”dan “APA-Economics”ə verilən məlumata görə, hazırda Qırğızıstan və Tacikistan poçt operatoru ilə əldə edilən razılaşma əsasında bu ölkələr ilə “STEFİ” üzərindən elektron pul köçürmələri sisteminin işə salınması istiqamətində işlər aparılır.

Hal hazırda Qırğızıstanda və Tacikistanda sistemin işə salınması ilə bağlı texniki problemlər ortaya çıxdığına görə bu planlar bir az yubanır. Lakin bu il ərzində elektron pul köçürmələri sistemi istifadəyə veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR