APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, silahlılar üç qrupa bölünərək üç müxtəlif yerə hücum ediblər. Hücum edənlərin “Boko Haram” radikal dini qruplaşmanın üzvü olduğu ehtimal olunur.
Qeyd edək ki, bu qruplaşmanın üzvləri fevralın 25-də federal dövlət kollecinə hücum edərək şagirdləri atəşə tutub. Nəticədə 43 şagird həlak olub.