Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası: “Bir sutkada 15 nəfər dəm qazından zəhərlənib”

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası: “Bir sutkada 15 nəfər dəm qazından zəhərlənib”
# 16 fevral 2014 10:12 (UTC +04:00)

Bakı-APA. Fevralın 15-də sutka ərzində 15 nəfər dəm qazından zəhərlənib. Ümumilikdə isə bu ayın 10-dan 15-nə kimi 71 nəfər dəm qazından zəhərlənib.

Bunlardan 49-nun vəziyyəti ağır olduğundan təcili xəstəxanaya yerləşdirilib. Bu barədə məlumatı APA TV-yə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildiriblər.

Stansiyadan verilən məlumata görə, bu müddət ərzində cəmi 3 nəfər qida zəhərlənməsi ilə müraciət edib. İstər qida, istərsə də dəm qazından zəhərlənməyə görə dünyasını dəyişən olmayıb. Dəm qazından zəhərlənmə daha çox həyət evlərində qeydə alınsa da bina evlərində də sayı az olmayıb. Buna isə evlərdə quraşdırılmış su qızdırıcısı səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR