Göyçayda 3 otaqlı ev yanıb

Göyçayda 3 otaqlı ev yanıb
# 12 mart 2014 10:53 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunda fərdi yaşayış evi yanıb. Rayon Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 11:30 radələrində Göyçayın Çərəkə kəndində qeydə alınıb. Kənd sakini, 1974-cü il təvəllüdlü Mustafayev Elşən Tərlan oğluna məxsus ümumi sahəsi 88 kvadratmetr olan 3 otaqlı mənzildə baş verən yanğını söndürmək üçün əraziyə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Hadisə zamanı evin 35 kvadratmetrlik hissəsi yanıb, qalan hissəsi alovdan mühafizə edilib. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR