Müdafiə Nazirliyinin hərbi tibb müəssisələrinin menyusuna dolma, küftə, plov və digər milli yeməklər daxil edilib - FOTO

Müdafiə Nazirliyinin hərbi tibb müəssisələrinin menyusuna dolma, küftə, plov və digər milli yeməklər daxil edilib - <span style="color: red;">FOTO
# 04 mart 2014 10:39 (UTC +04:00)

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Vaqif Dərgahlı məlumat verib.

V. Dərgahlının sözlərinə görə, artıq Silahlı Qüvvələrin hərbi hospitalları və stasionar tibb məntəqələrində bu proses yekunlaşıb: «Hərbi hospitalların menyusunda dolma, küftə, plov və digər milli yeməklər var».

V. Dərgahlı onu da əlavə edib ki, bununla yanaşı, menyuda bəzi dietik qidalar da qalır. Bu da şəxsi heyətin sağlamlığı nöqteyi-nəzərindən vacibdir.

Nazirlik rəsmisinin sözlərinə görə, hərbi hissələrdə də milli menyuya keçid prosesi gedir.

Qeyd edək ki, 2013-cü ilin oktyabr ayının sonlarında müdafiə naziri vəzifəsinə təyin olunan general-polkovnik Zakir Həsənovun ilk tapşırıqlarından biri əsgərlərin qida təminatının milliləşdirilməsi olub.

Azərbaycanın hərbi qurumları arasında milli yeməklərə keçid ilk olaraq Daxili Qoşunlarda tətbiq edilib. Hazırda Sərhəd Qoşunlarında analoji proses gedir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR