Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri 7 saylı internat evinə baş çəkib

Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri 7 saylı internat evinə baş çəkib
# 17 aprel 2014 08:29 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. İnsan hüquqları üzrə müvəkkilin yanında yaradılmış İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Abşeron rayonu Saray qəsəbəsində yerləşən Əlil və fiziki qüsurlu uşaqlar üçün 7 saylı internat evinə başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatından APA-ya verilən məlumata görə, başçəkmədə məqsəd bu müəssisədə olan uşaqlara qarşı rəftar və onların saxlanma şəraitinin araşdırılması olub.

Başçəkmədə MPQ üzvləri ilə yanaşı Uşaq hüquqları üzrə Azərbaycan QHT Alyansinin idarə heyətinin sədri Nazir Quliyev də ekspert qismində iştirak edib.

Araşdırma zamanı müəssisənin bütün obyektlərinə baxış keçirilib, şərait və saxlanılanlara qarşı rəftar qənaətbəxş qiymətləndirilib.

Başçəkmənin sonunda internat evinin rəhbərinə müvafiq tövsiyələr verilib.

Həmçinin bəzi təkliflərlə Ombudsman tərəfindən ƏƏSMN-nə müraciət ediləcəyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR