Gürcüstan parlamentinin saytı dağıdılıb

Gürcüstan parlamentinin saytı dağıdılıb
# 10 mart 2014 14:33 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstan parlamentinin rəsmi veb-saytı (www.parliament.ge) kənardan hücuma məruz qalıb.
APA-nın Gürcüstan bürosunun yerli mətbuata istinadən verdiyi məlumata görə, parlamentin mətbuat xidmətinin nümayəndəsi saytın xakerlər tərəfindən dağıdılmasını istisna etməyib. Məlumata görə, hazırda Gürcüstan ali qanunvericilik orqanının saytının açılmaması səbəbi mütəxəssislər tərəfindən araşdırılır.
Xatırladaq ki, parlamentin saytı 2013-cü il dekabrın 31-də də dağıdılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR