Rusiya XİN: “Ukraynadakı duruma NATO amilinin gətirilməsi cəhdləri olduqca təhlükəlidir”

Rusiya XİN: “Ukraynadakı duruma NATO amilinin gətirilməsi cəhdləri olduqca təhlükəlidir”
# 07 mart 2014 11:53 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Rusiya XİN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç deyib.

O qeyd edib ki, NATO-nun terrorçuluq, piratçılıq, ekstremizmlə mübarizə, habelə Əfqanıstan və Suriya ilə bağlı məsələlərdə Rusiya ilə əməkdaşlığı dayandırmaq niyyəti sağlam məntiqə ziddir. “Rusiya-NATO Şurasında təkcə Rusiyanın yaxud da yalnız alyans ölkələrinin maraqlarına cavab verən layilələr və əməkdaşlıq proqramları yoxdur”, - deyə o vurğulayıb.

Keşmişin reflekslərinin qalib gəldiyini deyən rusiyalı diplomat bildirib ki, Ukraynadakı mürəkkəb və həssas vəziyyətə NATO amilinin gətirilməsi cəhdləri olduqca təhlükəlidir. Onun fikrincə, NATO amili əlavə gərginlik yaradır, vəziyyətin normallaşması perspektivlərini sual altına qoyur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR