Əfqanıstanda terror aktı nəticəsində 4 nəfər ölüb, ən azı 5 nəfər xəsarət alıb

Əfqanıstanda terror aktı nəticəsində 4 nəfər ölüb, ən azı 5 nəfər xəsarət alıb
# 10 mart 2014 18:42 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, nəticədə 4 nəfər həlak olub, ən azı 5 nəfər yaralanıb.

Hücuma qarşıdan gələn prezident seçkisinin favoriti, ölkənin sabiq XİN rəhbəri Abdulla Abdullanın təmsilçiləri məruz qalıblar. Partlayıcı qurğu terrorçu-kamikadze tərəfindən işə salınıb.

Həlak olanlar arasında iki polis və iki mülki qulluqçu olub, xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Xatırladaq ki, Əfqanıstanda seçki kampaniyası fevralın 2-dən başlayıb, seçkilər isə aprelin 5-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR