Azərbaycanın "Eurovision 2014" təmsilçisi: “Bir neçə günə hansı mahnının üzərində dayandığımız bəlli olacaq” - VİDEO - FOTO

Azərbaycanın "Eurovision 2014" təmsilçisi: “Bir neçə günə hansı mahnının üzərində dayandığımız bəlli olacaq” - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTO
# 03 mart 2014 10:03 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu İctimai Televiziyada keçirdiyi mətbuat konfransında Azərbaycanı "Eurovision 2014" mahnı müsabiqəsində təmsil edən Dilarə Kazımova deyib.

Onun sözlərinə görə, mahnı seçimi hələlik bəlli deyil: "Beş-altı mahnı var, konkret qərar verməmişik. Gərgin iş, seçimlər üzərində müzakirələr aparılır. Bir neçə gündən sonra hansı mahnının üzərində dayandığımız bəlli olacaq".


D.Kazımova əlavə edib ki, seçim mərhələlərində digər iştirakçılarla rəqib yox, dost olublar: "İnanın, digər iştirakçılarla bir-birimizə məsləhət verirdik ki, filan mahnını götürsən, yaxşı olar. Bir-birimizə həqiqi dostlar kimi dəstək olurduq".


Qeyd edək ki, final mərhələsinin münsiflər heyətində isveçli bəstəkar Stefan Örn, əməkdar artist Tünzalə Ağayeva, bəstəkar Murad Arif, müğənni Eldar Qasımov və İTV-nin baş direktoru Cəmil Quliyev təmsil olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR