Azərbaycanda bank aktivləri son bir ildə 25% artıb

Azərbaycanda bank aktivləri son bir ildə 25% artıb
# 09 aprel 2014 15:18 (UTC +04:00)

Bakı. İlkin Əhmədov – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu aktivləri son bir ildə 4 117,4 mln. manat və ya 24,7% artaraq 2014-cü il martın 1-nə 20 818,5 mln. manata çatıb.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, təkcə bu ilin fevral ayı ərzində aktivlərin həcmi 272,1 mln. manat və ya 1,3% artıb.

Bank aktivlərinin tərkibində əsas yeri əvvəlki dövrlərdəki kimi müştərilərə verilən kreditlər tutur. Belə ki, bu kreditlərin həcmi 14 280,3 mln. manat və ya ümumi aktivlərin 68,6%-ni təşkil edir. Bundan başqa, aktivlərin tərkibində 1 717,9 mln. manat həcmində olan investisiyalar, 1 270,9 mln. manat həcmində olan müxbir hesabları, 956,7 mln. həcmində nağd vəsaitlər, 923 mln. manat həcmində maliyyə sektoruna verilən kredit və depozitlər və 1 669,7 mln. manat həcmində digər aktivlər tutur.

Passivlərin strukturunda isə 9 374,2 mln. manat depozitlər, 6 949,2 mln. manat maliyyə sektorundan cəlb edilən kredit və depozitlər, 1 127,3 mln. manat digər öhdəliklərin payına düşür. Passivlərin tərkibində kapitalın həcmi 3 367,8 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR