Azərbaycan avtomobillərin təhlükəsizlik yastıqları ilə bağlı standart qəbul etməyə hazırlaşır

Azərbaycan avtomobillərin təhlükəsizlik yastıqları ilə bağlı standart qəbul etməyə hazırlaşır
# 24 yanvar 2014 13:33 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Hazırda Azərbaycanda istehsal olunan yanacaq «Euro-3» ekoloji standartına cavab verib.

«APA-Economics»in məlumatına görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov bildirib: «Amma nəzərə alın ki, övladlarımızın gələcəyini düşünməliyik. Biz artıq bunun üzərində işləyirik. ARDNŞ və bir sıra institutların mütəxəssisləri ilə birlikdə yeni standartlar hazırlayırıq».


R.Həsənov deyib ki, bu ilin aprelin 1-dən tətbiqi planlaşdırılan «Euro-4» standartı ilkin mərhələdə yalnız minik avtomobillərinə şamil olunacaq: «Lakin gələcəkdə bu, dəmir yolundakı lokomotivləri, dizel mühərrikli maşınları da əhatə edəcək. Gələcəkdə bununla da bağlı standartlar olacaq».


Komitə sədri bildirib ki, ötən il Komitə 62 standart qəbul edib: «Ümumilikdə isə bu il 1000-dən artıq standart qəbul olunacaq. Bundan başqa, bu il avtomobillərin təhlükəsizlik yastıqları ilə bağlı yeni standartlar qəbul olunacaq. Bu gün yollarda sürət 120 km/saatdır. Bunu nəzərə alaraq, mütləq yeni standartlar qəbul olunmalıdır».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR