«Unibank» yeni kredit kampaniyası keçirir

«Unibank» yeni kredit kampaniyası keçirir
# 17 mart 2014 14:35 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın «Unibank» ASC Novruz Bayramı münasibəti ilə müştərilər üçün kredit aksiyası keçirir.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, martın 19-dək və martın 24-dən 26-dək istənilən «Unibank» filialına müraciət edən müştərilərə kredit komissiyalarında 50% endirim ediləcək. Üstəlik, bütün müştərilər kreditlərdə 6%-dək endirimdən istifadə edə biləcəklər.

Komissiyaya 50% endirimli Novruz kreditindən hər kəsin faydalanması üçün «Unibank» filialları əksər bayram günlərində müştərilərin xidmətində olacaq. Qeyri-iş günlərində - martın 24-dən etibarən müştərilər «Unibank» filiallarına müraciət edə bilərlər.

Qeyd edək ki, «Unibank» 34 filialı ilə həftənin 6 günü fəaliyyət göstərir. Bankın filialları şənbə günlərini də tam iş qrafiki üzrə çalışır. Filiallar nahar fasiləsiz işləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR