Xətai, Masallı və Lənkəran rayonlarına təbii qaz verilişində fasilələr olacaq

Xətai, Masallı və Lənkəran rayonlarına təbii qaz verilişində fasilələr olacaq
# 23 yanvar 2014 09:28 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycanda bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.


“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar 23 yanvar 2014-cü il tarixində saat 10:00-dan 17:00-dək Xətai rayonunun bir hissəsinə, saat 10:00-dan 18:00-dək isə Masallı və Lənkəran rayonlarının bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR