Rusiyalı həmsədr: “Tərəflər öz mövqelərini dəqiqləşdirməlidir”

Rusiyalı həmsədr: “Tərəflər öz mövqelərini dəqiqləşdirməlidir”
# 05 noyabr 2013 13:09 (UTC +04:00)

APA-nın “aysor.am” saytına istinadən verdiyi xəbərə görə, tərəflər Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün təşkili məsələsini müzakirə ediblər.

Rusiyalı həmsədr İqor Popov bildirib ki, həmsədrlər tərəflərin öz mövqelərini aydınlaşdırmasını gözləyir: “Ötən iki ildə yalnız xarici işlər nazirləri səviyyəsində görüşlərə təşəbbüs göstərilib. Lakin mənim fikrimcə, mövqeləri dəqiqləşdirmək üçün yüksək səviyyəli görüşləri davam etdirməyin zamanı çatıb. Digər iki həmsədr də mənimlə eyni mövqedədir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR