Ukraynanın yeni konstitusiyası mayın 25-dək təsdiqlənəcək

Ukraynanın yeni konstitusiyası mayın 25-dək təsdiqlənəcək
# 29 aprel 2014 14:05 (UTC +04:00)

APA-nın "Ukrinform"a istinadən verdiyi məlumata görə, bunu Ukrayna baş naziri Arseniy Yatsenyuk Ali Radada çıxışı zamanı bəyan edib.

"Konstitusinın yeni mətni mayın 25-dək imzalanıb təsdiqlənəcək. Buna görə də onu Venesiya Komissiyasına və Ukrayna Konstitusiya Məhkəməsinə göndərmək lazımdır. Bu sənədi mayın 25-ə dək imzalamaq lazımdır ki, hər bir vətəndaş yeni prezidentin səlahiyyətləri barədə məlumatlı olsun", - deyə o qeyd edib.

A.Yatsenyuk həmçinin siyasi qüvvələri yeni konstitusiyaya səs verməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR