Sergey Lavrov: “Heç kim Ukraynanı hansısa yolu seçməyə məcbur etməyib”

Sergey Lavrov: “Heç kim Ukraynanı hansısa yolu seçməyə məcbur etməyib”
# 14 fevral 2014 08:56 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Ukraynalılar ölkədə davam edən siyasi böhranın həlli yollarını özləri tapmalıdırlar. Bu seçim onların maraqlarına cavab verməlidir.

APA-nın məlumatına görə, bunu Moskvada səfərdə olan Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayerlə birgə mətbuat konfransında Rusiya XİN rəhbəri Sergey Lavrov deyib.

Rusiyalı nazir qeyd edib ki, heç kim Ukraynanı hansısa siyasi yolu seçməyə məcbur etməyib: “Biz yalnız Ukraynanın diqqətinə çatdırmışıq ki, onların Avropa Birliyi ilə imzalamaq istədiyi saziş Ukraynanın MDB azad ticarət zonası çərçivəsində üzərinə götürdüyü öhdəliklərlə və malik olduğu imtiyazlarla ziddiyyət təşkil edir. Bununla yanaşı qeyd etmişdik ki, seçimi Ukraynanın özü etməlidir. Tərəfdaşlarımız isə Ukraynaya hər gün emissarlarını göndərməklə, Kiyevi Avropa Birliyinə tərəf üz tutmağa çağırırlar”.

S.Lavrov bildirib ki, Rusiya Ukraynada hökumət-müxalifət dialoquna qarşı çıxmır: “Bu olmalıdır. Təbii ki, hökumət və müxalifət özləri bunu istəsələr”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR