Xaçmaz sahibkarlarından investisiya layihələrinin qəbuluna başlanıb

Xaçmaz sahibkarlarından investisiya layihələrinin qəbuluna başlanıb
# 25 dekabr 2013 12:11 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Azərbaycanın Xaçmaz rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Fond tərəfindən Xaçmaz rayonu üzrə sahibkarlıq subyektlərindən müasir çörək zavodunun, müasir süd emalı, müasir meyvə emalı müəssisələrinin, cins heyvandarlıq təsərrüfatının yaradılması və intensiv bağçılıq və tingçilik təsərrüfatlarının yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri SKMF-dən əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR