Sorğu: Azərbaycanlıların əksəriyyəti Azərbaycan-Avropa Birliyi əlaqələrinn yaxşı səviyyədə olduğunu düşünür

Sorğu: Azərbaycanlıların əksəriyyəti Azərbaycan-Avropa Birliyi əlaqələrinn yaxşı səviyyədə olduğunu düşünür
# 29 may 2014 11:07 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova-APA. Azərbaycanlıların əksəriyyəti hesab edir ki, Azərbaycanla Avropa Birliyi (AB) arasında yaxşı əlaqələr var.

APA-nın xəbərə görə, bu barədə AB-nin ictimai rəyin öyrənilməsi layihəsi çərçivəsində keçirilən sorğunun nəticələrinə dair hesabatda bildirilir.

Rəyi soruşulanların 46% Avropa Birliyini vacib tərəfdaş sayır, 45% isə AB-Azərbaycan əməkdaşlığı üçün ümumi dəyərlərin mövcud olduğunu düşünür.

Respondentlərin yarısı (48%) AB-nin regiona sülh və sabitlik gətirə biləcəyinə inanır.

Sorğu zamanı həmçinin bəlli olub ki, rəyi soruşunların əksəriyyəti (56%) AB-nin Azərbaycanla yaxşı münasibətlərə malik olduğunu, 16% isə bu münasibətlərin heç də yaxşı səviyyədə olmadığını düşünür. Respondentlərin 77% AB haqqında pozitiv rəyi var. Yalnız 7% quruma neqativ yanaşır.

Eyni zamanda sorğu azərbaycanlıların beynəlxalq institutlara etimadın aşağı səviyyədə olduğunu üzə çıxarıb. Azərbaycanda əhalinin 42% Avropa Birliyinə, 27% BMT-yə 25% isə NATO-ya etibar edir.

Rəyi soruşulanların 62% həyat səviyyəsindən razılığını ifadə edib. Respondentlərin 53% növbəti 12 ay ərzində ölkədə iqtisadi durumun yaxşılaşacağına inanır.

Onu da qeyd edək ki, sorğuda iştirak edənlərin 62% Azərbaycanda demokratiyanın inkişaf səviyyəsindən razılığını bildirib. Regionun digər dövlətlərində müvafiq göstərici 29% təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR