Azərbaycan yığması FİFA reytinqində irəliləyib

Azərbaycan yığması FİFA reytinqində irəliləyib
# 13 fevral 2014 09:49 (UTC +04:00)

Bakı – APA. FİFA milli komandaların reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması fevral üçün tərtib edilən siyahıda irəliləyib.

Komandamız ötən ayla müqayisədə 1 pillə irəliləyərək, 93-cü yerdə qərarlaşıb. Hesabında 372 xal olan Berti Foqtsun yetirmələri bu göstəricini də yaxşılaşdırıb. Ötən ay 363 xalı olan komandamız aktivinə daha 9 vahid əlavə edib.

Yanvarda açıqlandığı tarixdən sonra millimiz heç bir matça çıxmasa da, yığmamızın xal hesabının artımı irəliləyişə səbəb olub. Bunda Anqolanın enişi də rol oynayıb. Ötən ay planetin 89-cusu olan afrikalılar 6 pillə geriləməklə millimizdən geri düşəcək.

Qeyd edək ki, martın 5-də komandamızla yoxlama oyunu keçirəcək Filippin 219 xalla 127-ci yerdədir. Siyahının ilk 3 pilləsi isə dəyişməz qalacaq. İspaniya (1506) 1-ci, Almaniya (1314) 2-ci. Argentina (1255) isə 3-cü yerdə mövqeyini qoruyub. Övbəti reytinq siyahısı martın 13-də açıqlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR