Georgi Marqvelaşvili: “Gürcüstan heç vaxt MDB-yə qayıtmayacaq” - FOTO

Georgi Marqvelaşvili: “Gürcüstan heç vaxt MDB-yə qayıtmayacaq” - <span style="color: red;">FOTO
# 26 oktyabr 2013 12:32 (UTC +04:00)

Bakı – APA. İqtidardakı “Gürcü Arzusu” koalisiyasının prezidentliyə namizədi Georgi Marqvelaşvili Gürcüstanın heç vaxt MDB-yə qayıtmayacağını bəyan edib. APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, G. Marqvelaşvili xatırladıb ki, Gürcüstan öz gələcək inkişafı ilə bağlı mövqeyini 2008-ci il referendumunda bildirib: “Avropa və Avroatlantik strukturlara inteqrasiya hansısa siyasətçinin yox, gürcü xalqının arzusudur”.

Prezidentliyə namizəd deyib ki, Gürcüstanın MDB-də üzvlüyü effektli olmayıb və MDB ölkəyə heç bir təminat verməyib: “Biz Belarus və digər ölkələrdən olan həmkarlarımızın bəyanatlarına hörmətlə yanaşırıq. Lakin Gürcüstan MDB istiqamətində yox, birmənalı şəkildə Avropaya doğru hərəkət edir”.

Qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenko MDB sammitinin yekunları ilə bağlı keçirilən mətbuat konfransında Gürcüstanın MDB-yə qayıtmasını istədiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR