Belarus səfiri “Azərkosmos” ASC-nin rəhbəri ilə görüşüb

Belarus səfiri “Azərkosmos” ASC-nin rəhbəri ilə görüşüb
# 13 fevral 2014 09:54 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Fevralın 11-də Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç “Azərkosmos” ASC-nin rəhbəri Rəşad Nəbiyevlə görüşüb.

APA-nın Belarus səfirliyinin saytına istinadən verdiyi məlumata görə, görüşdə Belarusla Azərbaycan arasında kosmos sahəsindəki əməkdaşlıq, habelə rabitə, televiziya yayımı sahəsində peyk imkanlarından istifadə məsələsi müzakirə olunub.

Belarus səfiri həmçinin Sumqayıt Texnoloji Parkda (STP) da olub. Fevralın 12-da baş tutan ziyarət zamanı N.Patskeviç STP rəhbərliyi ilə görüşüb.

Görüş zamanı Belarusda istehsal olunan avtomobil texnikası üçün detalların və ehtiyat hissələrinin birgə istehsalı, Belarus və Azərbaycanın İKT sahəsində çalışan mütəxəssislərinin əməkdaşlığı və digər məsələlər müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR