Professor Asif Rüstəmlinin 60 illik yubileyinə həsr olunan tədbir keçirilib - FOTO

Professor Asif Rüstəmlinin 60 illik yubileyinə həsr olunan tədbir keçirilib - <span style="color: red;">FOTO
# 18 fevral 2014 10:03 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda filologiya üzrə elmlər doktoru, professor Asif Rüstəmlinin 60 illik yubileyinə həsr olunan tədbir keçirilib. İnstitutdan APA-ya verilən məlumata görə, tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli yubilyarın yaradıcılığı barədə danışıb.

Akademik qeyd edib ki, professor Asif Rüstəmli Azərbaycan ədəbiyyatında əsasən cabbarlışünas kimi tanınır: “Alimin görkəmli dramaturq Cəfər Cabbarlının yaradıcılığı ilə bağlı apardığı sanballı elmi tədqiqatlar mükəmməl bir monoqrafiyada toplanıb ki, bu da ədəbiyyatşünaslıq tariximizdə özünə layiqli yer tutub”.

Milli Məclisin deputatı Elmira Axundova, filologiya üzrə elmlər doktorları Qəzənfər Paşayev, Vaqif Arzumanlı, Məhərrəm Qasımlı, Vaqif Yusifli, filologiya üzrə fəlsəfə doktorları Elnarə Akimova, Xalidə Xalid çıxış edərək Asif Rüstəmlinin elmi-pedaqoji fəaliyyətindən, yaradıcılıq məziyyətlərindən danışıb, onu görkəmli ədəbiyyatşünas, mətnşünas kimi səciyyələndiriblər.

Tədbirdə yubilyarın həyat və yaradıcılığının müxtəlif məqamlarını əks etdirən slaydlar göstərilib, əsərlərinin sərgisi nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR