İsa Həbibbəyli AMEA Ədəbiyyat İnstitutunda görüləcək işləri açıqlayıb

İsa Həbibbəyli AMEA Ədəbiyyat İnstitutunda görüləcək işləri açıqlayıb
# 25 iyun 2013 09:41 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitutunda həm struktur, həm də kadr islahatları aparılacaq.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında AMEA Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli qeyd edib ki, institutda ədəbiyyatşünaslıq elminin ayrı-ayrı istiqamətlərinin öyrənən, cəmiyyətinin ayrı-ayrı çağırışlarına cavab verən, yeni ideyalar və onları icra edən konkret bölmələrin yaradılması nəzərdə tutulub.

Onun sözlərinə görə, institutda ədəbi tənqid bölməsinin yaradılması da vacibdir: “Ədəbiyyat İnstitutu ədəbiyyat haqqında elm institutudur. Ədəbi tənqid ədəbiyyatın müstəqillik dövrünün tələblərinə uyğun gəlib-gəlmədiyini müəyyən etməlidir”.

Direktorun sözlərinə görə, institutun dünyaya inteqrasiya etməsi ilə bağlı xeyli işlər görülməlidir: “Təəssüf ki, 80 illik tarixi olan institutun heç bir ölkə, heç bir təşkilatla müqaviləsi yoxdur. Çalışacağam ki, xarici ölkələrlə yeni əlaqələr qurulsun. Görüləcək işlər çoxdur. Çünki Ədəbiyyat İnstitutunun böyük potensialı var. Təəssüf ki, bizim institutda gənc nəsil azdır. Gənc nəslin elmə marağının artırılmasına çalışacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR