Gecə klubunda qətl törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Gecə klubunda qətl törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb
# 28 mart 2014 14:53 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində gecə klubunda qətl törətməkdə təqsirləndirilən Ənvər Həsənov, Sücayi Qulam və Pərviz Ağayevin cinayət işi üzrə hazırlıq iclası keçirilib.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası isə aprelin 7-nə təyin edilib.

Qeyd edək ki, hadisə Binəqədi rayonunda yerləşən “Magic” gecə klubunda baş verib. Belə ki, Səttar Məmmədzadə adlı gənc tanışları ilə birlikdə “İce tea” içmək üçün kluba girib. Ofisiant qız onların sifariş verdiyi “İce tea”ni gətirəndən sonra onlara bir nəfər yaxınlaşaraq başqa adamları tanıyıb-tanımaması ilə bağlı suallar verməyə başlayıb. S.Məmmədzadə isə həmin şəxsləri tanımadığını deyib. Bu zaman həmin şəxs adını çəkdiyi adamların hörmətli insanlar olduğunu və “onları tanımayan özünü tanımır” deyərək əsəbiləşib. Elə bu söz davaya səbəb olub.


Beş nəfərin iştirak etdiyi davada S.Məmmədzadə ürəyindən aldığı bıçaq zərbəsindən dünyasını dəyişib. Onu qətlə yetirən Ə.Həsənov, eyni zamanda hadisədə təqsirli bilinən S.Qulami və P.Ağayev tutularaq istintaqa təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR