Elmar Məmmədyarov Səudiyyə Ərəbistanı xarici işlər nazirinin müavinini qəbul edib - FOTO

Elmar Məmmədyarov Səudiyyə Ərəbistanı xarici işlər nazirinin müavinini qəbul edib - <span style="color: red;">FOTO
# 01 may 2014 14:55 (UTC +04:00)

Bakı –APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Səudiyyə Ərəbistanı xarici işlər nazirinin müavini Yusif bin Tarrad Əl-Sədanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı arasında əlaqələrin mövcud səviyyəsinin məmnunluq doğurduğunu ifadə edərək, iqtisadi, ticarət və sərmayələr sahəsində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində səylərin daha da artırılmasının vacibliyini vurğulayıb.

Yusif bin Tarrad Əl-Səda Səudiyyə Ərəbistanının təşəbbüsü ilə mayın ayında Ər-Riyadda keçiriləcək Ərəb Dövlətləri Liqası-Mərkəzi Asiya-Azərbaycan forumunun çoxtərəfli və ikitərəfli əsasda ölkələr arasında əlaqələrin inkişafına əlavə təkan verəcəyini qeyd edib.

E. Məmmədyarov İqtisadiyyat və Sənaye Nazirliyinin də nümayəndəsi daxil olmaqla, rəhbərlik edəcəyi nümayəndə heyətinin Ərəb Dövlətləri Liqası-Mərkəzi Asiya-Azərbaycan forumunda iştirak edəcəyini söyləyib.

Görüş əsnasında iki ölkə arasında müqavilə-hüquq bazasının möhkəmləndirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR