Gürcüstanın Ali Məhkəməsi Bizdina İvanişvilinin ikili vətəndaşlığını bərpa edib

Gürcüstanın Ali Məhkəməsi Bizdina İvanişvilinin ikili vətəndaşlığını bərpa edib
# 28 yanvar 2014 13:01 (UTC +04:00)

Bakı – APA. Gürcüstanın sabiq baş naziri Bizdina İvanişvilinin ikili vətəndaşlığı bərpa edilib.

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, Gürcüstan Ali Məhkəməsinin İnzibati işlər üzrə Palatası sabiq prezident Mixail Saakaşvilinin 2011-ci ilin oktyabrın 11-də B.İvanişvilinin Gürcüstan vətəndaşlığının ləğvinə dair imzaladığı sərəncamı ləğv edib.

Məhkəmənin bu qərarından sonra nazir B.İvanişvili yenindən iki ölkənin – Gürcüstan və Fransanın vətəndaşı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR