Dünyada məcburi köçkünlərin sayı rekord həddə - 33,3 milyon nəfərə çatıb

Dünyada məcburi köçkünlərin sayı rekord həddə - 33,3 milyon nəfərə çatıb
# 15 may 2014 08:33 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə BMT-nin qaçqınların işləri üzrə İdarəsinin dəstəyi ilə Norveçin qaçqınların işləri üzrə Şurasının hesabatında deyilir.

Hesabat müəllifləri qeyd edir ki, məcburi köçkünlərin 65 faizini Qana, Konqo Demokratik Respublikası, Nigeriya, Suriya və Sudan vətəndaşları təşkil edir.

Sənədin təqdimat mərasimində BMT-nin qaçqınların işləri üzrə İdarəsinin ali komissarı Antonio Quterriş bəyan edib ki, dünyada yeni münaqişələrin sayı artır, köhnələr isə həll olunmur. O qeyd edib ki, məcburi köçkünlərin sayı artdıqca, köməyə ehtiyacı olan insanlara yardım etmək çətinləşir.

Hesabatda qeyd olunur ki, ən pis durum Suriyadadır. Burada hər gün 9,5 min insan məcburi köçkünə çevrilir. Dünyada məcburi köçkünlərin ümumi sayının 43 faizini suriyalılar təşkil edir.

Avropa ölkələrində isə məcburi köçkünlərin sayı 2,2 milyona çatıb. Hesabatda qeyd olunur ki, hazırda Azərbaycanda 543 min məcburi köçkün var. Ermənistanda 8 min, Gürcüstanda 206 min, Rusiyada 34 min, Türkmənistanda 4 min, Özbəkistanda isə 3 min məcburi köçkün var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR