Pakistan mediasında Heydər Əliyev haqqında yazılar dərc olunub

Pakistan mediasında Heydər Əliyev haqqında yazılar dərc olunub
# 11 may 2013 16:17 (UTC +04:00)

Bakı – APA. Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev Dekadası” çərçivəsində Pakistanın nüfuzlu “Pakistan Observer” qəzetində, “Centreline” jurnalında və “DNA News” informasiya agentliyinin buraxılışında tanınmış jurnalist Liaqat Turun “Ölkəsini xilas etmiş insan” adlı məqaləsi dərc olunub. Azərbaycanın Pakistandakı səfirliyindən APA-ya verilən məlumata görə, L. Tur öz yazısında Heydər Əliyevin ən böyük nailiyyətlərdən birinin onun neft strategiyası olduğunu, bu strategiya çərçivəsində bütün təzyiqlərə baxmayaraq, “Əsrin Müqaviləsi”nin imzalandığı, ölkəyə milyardlarla dollar sərmayə qoyulduğunu qeyd edib.

Jurnalist Azərbaycanın geostrateji üstünlüklərini nəzərə alan H. Əliyevin regional və qlobal nəqliyyat yollarının ölkə üzərindən keçməsini təmin etdiyini bildirib.

Yazıda Azərbaycanın qısa bir zamanda dünya iqtisadiyyatına inteqrasiya olduğu, kredit reytinqinin artdığı, qeyri neft sektorunun inkişaf etdiyi, yeyinti məhsulları ilə özünü daxili resurslar vasitəsilə təmin etdiyi və bütün bu amillərin güclü iqtisadiyyatın göstəricisi olduğu vurğulanıb: “Azərbaycan iqtisadiyyatı zəif olan, inflyasiyanın və işsizliyin sürətlə artdığı, xalqı ümidsizlik şəraitində yaşayan dövlətdən yüksək templərlə inkişaf edən ölkəyə çevrilib”.

Məqalədə Liaqat Tur Heydər Əliyevin Pakistan-Azərbaycan münasibətlərinin memarı olduğunu, onun 1996-cı ildə Pakistana rəsmi səfəri və səfər zamanı imzalandığı sənədlər toplusunun ölkələrarası münasibətlərin hüquqi-normativ bazasını təşkil etdiyini də yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR