İşğalçı Ermənistan Ordusu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini intensiv atəşə tutub

İşğalçı Ermənistan Ordusu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini intensiv atəşə tutub
# 17 mart 2014 06:38 (UTC +04:00)

Bakı – APA. Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutub.

Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Qaraqaşlı, Baş Qərvənd, Cəbrayıl rayonunun Mehdili, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında və Xocəvənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR