Müsavat funksioneri: “Müsavatın Milli Şuradan çıxmasının əsl səbəbi qurumun gələcəyinə, fəaliyyətinə inamsızlıq olub”

Müsavat funksioneri: “Müsavatın Milli Şuradan çıxmasının əsl səbəbi qurumun gələcəyinə, fəaliyyətinə inamsızlıq olub”
# 11 fevral 2014 14:04 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Müsavat Partiyasının Milli Şuradan çıxmasının əsl səbəbi qurumun gələcəyinə, fəaliyyətinə inamsızlıq olub. Milli Şura bizim istədiyimiz səviyyədə milli mənafelərin qorunması istiqamətində fəaliyyət göstərmədi. Buna görə də Milli Şura bizim üçün artıq arxivdə qalıb”.

Bunu APA-ya açıqlamasında Milli Şuranın sabiq üzvü, Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı Milli Şuradakı istefalara, qarşılıqlı ittihamlara münasibət bildirərkən deyib.

G. Aslanlı qeyd edib ki, Müsavat Partiyası Milli Şurada görülən işlərdən razı qalmayıb, buna görə də qurumu tərk edib: “Milli Şura bundan sonrakı fəaliyyətini arzuladığımız kimi milli mənafeləri qorumaq istiqamətində davam etdirəcəksə, biz ona uğurlar arzu edə bilərik”.

G. Aslanlı bundan sonra da Milli Şuradan istefaları istisna etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR