ABŞ hərbi gəmisi Qara dənizə daxil olduqdan sonra Rusiya Sevastopola gəmi əleyhinə raket kompleksləri yerləşdirib

ABŞ hərbi gəmisi Qara dənizə daxil olduqdan sonra Rusiya Sevastopola gəmi əleyhinə raket kompleksləri yerləşdirib
# 10 mart 2014 11:47 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. ABŞ-a məxsus hərbi gəmilərin Qara dənizə daxil olması ilə əlaqədar olaraq Rusiya ötən gecə Sevastopola “Basiton” gəmi əleyhinə raket kompleksləri yerləşdirib. APA-nın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, martın 8-dən 9-na keçən gecə Sevastopol küçələrində gəmi əleyhinə kompleksin işəsalma qurğusunun hərəkət etdiyi qeydə alınıb. Əvvəllər Qara dəniz sahilində bu kompleks yalnız Anapada olub.

Hərəkət edən sahil raket kompleksi unifikasiya edilmiş səsdən surətli avtomatik tuşlanan gəmi əleyhinə raketlərlə 600 km uzaqlığa atəş açır. “Basiton” müxtəlif tip suüstü gəmilərin və yerüstü atəş nöqtələrinin məhvi üçün nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR