Bakıda liftdə köməksiz vəziyyətdə qalan şəxs xilas olunub

Bakıda liftdə köməksiz vəziyyətdə qalan şəxs xilas olunub
# 11 mart 2014 23:34 (UTC +04:00)

Bakı-APA. Bakının Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 5-ci mərtəbədə dayanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 4-cü mərtəbəyə endirib, qapılarını açıb və vətəndaşın liftdən çıxmasına şərait yaradıblar. Əməliyyat saat 00:29-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR