Bakıda baş verən yol qəzasında piyada ölüb

Bakıda baş verən yol qəzasında piyada ölüb
# 18 mart 2014 09:33 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, martın 18-də Xəzər rayonu Şüvəlan qəsəbəsi Almas İldırım küçəsində Bakı şəhər sakini 1987-ci il təvəllüdlü Firuz Mustafayev idarə etdiyi «Niva» markalı avtomobillə 1993-cü il təvəllüdlü Vüsal Şıxaliyevi vurub.

V. Şıxaliyev aldığı xəsarətdən hadisə yerində ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR