Korrupsiyaya qarşı Mübarizə İdarəsində AŞ-nin MONEYVAL Komitəsinin missiyası ilə görüş keçirilib - FOTO

Korrupsiyaya qarşı Mübarizə İdarəsində AŞ-nin MONEYVAL Komitəsinin missiyası ilə görüş keçirilib - <span style="color: red;">FOTO
# 17 fevral 2014 14:11 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində Avropa Şurasının MONEYVAL Komitəsinin missiyası ilə görüş keçirilib. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fevralın 17-də Avropa Şurasının çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində öhdəliklərin icrasına nəzarət edən qurumu olan MONEYVAL Komitəsinin Azərbaycanda səfərdə olan dəyərləndirmə missiyası ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində görüş olub.

MONEYVAL Katibliyinin nümayəndələrindən, habelə Böyük Britaniya, Rumıniya, Xorvatiya və Makedoniyanın ekspertlərindən ibarət dəyərləndirmə missiyası ilə görüşdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev və idarənin məsul əməkdaşları iştirak ediblər. Tədbirdə korrupsiyaya qarşı mübarizənin dövlət siyasətinin prioritet xəttini təşkil etməsi, bu istiqamətdə həyata keçirilən kompleks tədbirlər, ölkənin hüquq sistemi, idarənin fəaliyyəti və ona əməliyyat-axtarış səlahiyyətlərinin verilməsi, idarə ilə Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin qarşılıqlı əməkdaşlığı, habelə çirkli pulların yuyulması cinayətləri ilə əlaqədar idarədə ibtidai istintaqı aparılmış cinayət işləri barədə ətraflı məlumat verilib.

Görüşdə dəyərləndirmə missiyasının nümayəndələrini maraqlandıran suallar cavablandırılıb, bu sahədə mövcud olan çatışmazlıqlara dair səmərəli fikir mübadiləsi aparılmaqla onların aradan qaldırılması yolları müzakirə edilib.

Qonaqlara təqdim edilən Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işləri özündə əks etdirən bukletlər böyük maraqla qarşılanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR