“Mehdi Ordusu”nun yaradıcısı Müqtəda əs-Sədr İraqin siyasi həyatından getdiyini bəyan edib

“Mehdi Ordusu”nun yaradıcısı Müqtəda əs-Sədr İraqin siyasi həyatından getdiyini bəyan edib
# 16 fevral 2014 15:29 (UTC +04:00)

APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, o bildirib ki, bundan sonra ölkə hökumətində onun maraqlarını heç bir siyasi blok və ya məmur təmsil etməyəcək.

Müqtəda əs-Sədrin rəhbərlik etdiyi hərəkatın İraqdakı bütün nümayəndəlikləri də bağlanacaq. Təkcə sosial, tibbi və təhsil sahələri üzrə təsisatların fəaliyyətini davam etdirməsi nəzərdə tutulur.

Əs-Sədr tərəfdarlarından biri dini liderin qərarının hərəkat üzvləri üçün gözlənilməz olduğunu açıqlayıb.

Qeyd edək ki, hazırda qeyri-rəsmi “Bəsrə əmiri” adlandırılan əs-Sədrin tərəfdarları İraq parlamentində 325 yerdən 40-na sahibdir.

Diqqət çəkən məqam odur ki, şiə lideri siyasətdən getməsi haqqında parlament seçkilərinə az qalmış bəyan edib. Parlament seçkiləri bu il aprelin 30-da keçiriləcək. Əs-Sədr hazırkı baş nazir Nuri əl-Malikinin ən ciddi rəqiblərindən biri sayılırdı.

Müqtəda əs-Sədrin 2003-cü ildə yaratdığı “Mehdi Ordusu” ABŞ qoşunlarının işğalına qarşı mübarizə aparan əsas qüvvələrdən biri olub.

Şeyxin tərəfdarları 2008-ci ildə silahlı mübarizəni dayandırıb. 2011-ci ildə isə Müqtəda əs-Sədr tərəfdarlarını amerikalıların İraqı tək etməsinə mane olmamağa çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR