Kənd təsərrüfatı naziri Cəlilabadda vətəndaşlarla görüşəcək

Kənd təsərrüfatı naziri Cəlilabadda vətəndaşlarla görüşəcək
# 05 mart 2014 08:29 (UTC +04:00)

Bakı – APA-Economics. Kənd təsərrüfatı naziri Heydər Əsədov mart ayının 14-də Cəlilabad rayonunda vətəndaşların qəbulunu keçirəcək.

Kənd Təsərrüfatı Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Cəlilabad Olimpiya İdman Kompleksində saat 11:00-da keçiriləcək görüşdə Cəlilabad, Lənkəran, Masallı, Lerik, Yardımlı və Astara rayonlarının sakinləri iştirak edə bilər.

Görüşdə iştirak etmək istəyən vətəndaşlar Lənkəran Ərazi Kənd Təsərrüfatı İdarəsinə (050) 545 00 54) və Kənd Təsərrüfatı Nazirliyinə (012) 493 51 64, (050) 352 06 27) müraciət edə bilərlər. Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin Kənd Təsərrüfatı Nazirliyinin elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR