Jurnalistlər üçün Xaçmaza infotur təşkil olunub

Jurnalistlər üçün Xaçmaza infotur təşkil olunub
# 24 dekabr 2013 12:52 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2013-cü ilin “Əfsanələr paytaxtı” elan edilən Xaçmaza jurnalistlərin infoturu təşkil edilib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayon rəhbərliyi tərəfindən qarşılanan media nümayəndələri öncə Şəxsiyyətlər muzeyi ilə tanış olub. Onlar üçün Xaçmaz Tarix-Diyarşünaslıq muzeyinin qarşısında konsert proqramı təşkil edilib.

Qonaqlar rayondakı 10-dan yuxarı incəsənət xadiminin əl işlərindən ibarət 100-dən nümunələrə baxış keçirib. 2013-cü ilin “Əfsanələr paytaxtı” seçilən Xaçmazda il ərzində müxtəlif mədəni tədbirlər keçirilib. Bura Dağıstanın “Ləzginka” rəqs qrupunun konserti, ”Belarus mədəniyyət günləri” çərçivəsində rayonda təşkil edilən tədbirlər aiddir. Gələn il isə Xaçmazda “Bolluq festivalı”nın keçirilməsi nəzərdə tutulub.

Yaradıcılıq paytaxtlarının elan edilməsində məqsəd Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, dəstəklənməsidir. Bundan başqa, milli folklor ustaları və kollektivlərinin, sənətkarların, respublikanın şəhər və rayonlarının beynəlxalq səviyyədə tanıdılması, daxili və xarici turizmin inkişafı da əsas istiqamətlərdəndir.

İnfoturun sonunda media nümayəndələrinin iştirakı ilə elmi-praktiki konfrans keçirilib. Tədbirdə onları maraqlandıran sualla ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR