Saatlıda baş verən avtoqəzada 1 nəfər ölüb, 2 nəfər yaralanıb - YENİLƏNİB

Saatlıda baş verən avtoqəzada 1 nəfər ölüb, 2 nəfər yaralanıb - <span style="color: red;">YENİLƏNİB
# 23 yanvar 2014 21:27 (UTC +04:00)

APA-nın Mil-Muğan bürosuna BDYP-dən verilən məlumata görə, qəza nəticəsində 1 nəfər dünyasını dəyişib, 2 nəfər yaralanıb. Rayon sakini Elmar Baxışəliyev idarə etdiyi “Toyota” markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yoldan çıxaraq aşıb. Avtomobildə olan sərnişin - sürücünün həyat yoldaşı 1957-ci il təvəllüdlü Baxışəliyeva Zərnigar Məhəmməd qızı hadisə yerində dünyasını dəyişib. Sürücü və onun qardaşı Baxışəliyev Fikrət müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Saatlı rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Xəstələrə İlkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR