Bakıda toydan qayıdan gənc ailə qəzaya uğrayıb: 2 ölü, 2 yaralı - FOTO

Bakıda toydan qayıdan gənc ailə qəzaya uğrayıb: 2 ölü, 2 yaralı - <span style="color: red;">FOTO
# 31 may 2014 00:50 (UTC +04:00)

APA-nın məlumatına görə, yol qəzası Bakı-Qazax-Gürcüstan avtomobil yolunun 17-ci kilometrliyində qeydə alınıb.

1985-ci il təvəllüdlü Nəcəfov Emin Şakir oğlunun idarə etdiyi "Audi" markalı 50 CE 252 dövlət nömrə nişanlı avtomobil dəmir arakəsmələrə çırpılıb. Qəza nəticəsində sürücü və oğlu - 2009-cu il təvəllüdlü Xəyyam Nəcəfov hadisə yerində dünyalarını dəyişiblər.

Sürücünün həyat yoldaşı, 1985-ci il təvəllüdlü Nəcəfova Xəyalə Əli qızı və digər övladı, 2012-ci il təvəllüdlü Elmir Nəcəfov ağır xəsarət alıb.

Meyitlər deformasiyaya uğrayan avtomobildə sıxılmış vəziyyətdə qalıblar. Hadisə yerinə FHN-in Xüsisi Riskli Xilasetmə Xidmətinin əməkdaşları gəliblər və meyitlər avtomobildən çıxarılıb.

İlkin məlumata görə, gənc ailə Bakıdan toydan qayıdırmış və Sahil qəsəbəsinə gedirmiş. Ailə başçısı avtomobili sərxoş vəziyyətdə və sürətlə idarə edib, nəticədə idarəetməni itirib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR