«AFB Bank» nizamnamə kapitalını artırır

«AFB Bank» nizamnamə kapitalını artırır
# 18 fevral 2014 11:33 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi «AFB Bank» ASC-nin kütləvi təklif üsulu ilə yerləşdiriləcək adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Komitənin məlumatında deyilir.

Emissiyanın ümumi həcmi 10 003 180 manat, bir səhmin nominal dəyəri 1 109 manat təşkil edir. Yerləşdirmə nəticəsində bankın nizamnamə kapitalı 23,6% artaraq 52 347 018 manat çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR